31 may 2024 10:49
256

Flik hədəfləri açıqladı

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Kataloniya təmsilçisinə baş məşqçi təyin olunmasından danışıb.

"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssis qarşıya qoyulan hədəflərdən də söz açıb: 

“Mən və komandam azarkeşlərin xoşbəxt olması və yaxın gələcəkdə bir çox titullara sahib çıxmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizim məqsədimizdir. Bizə yaxşı futbol lazımdır, mənim istədiyim budur”.

Xatırladaq ki, mayın 29-da Kataloniya klubu Flikin təyinatını açıqlanmışdı. "Barselona"nın mütəxəssislə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.