“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Ətraf-mühitin davamlı reabilitasiyası üçün milli bacarıqların yaradılması” mövzusunda panel müzakirəsi keçirilir.
“İki sahil” xəbər verir ki, panelə moderatorluğu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının qlobal minatəmizləmə və inkişaf məsləhətçisi Steynar Essen (Steinar Essen) edir.
Panel iştirakçıları arasında “Agora Diplomatico”nun işlər üzrə analitik direktoru David Martinez, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko, “James Madison” Universitetinin Beynəlxalq Stabilizasiya və Bərpa Mərkəzinin direktoru Suzan Federleyn (Suzanne Fiederlein), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mühafizə və Əsas Xidmətlər Departamentinin Silahlarla Çirklənmə Bölməsinin rəhbəri Erik Tollefsen və tədqiqatçı Aleksandra Frost (Alexandra Frost) yer alır.
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR