“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbərliyi və minalarla mübarizə vasitəsilə inklüziv transformasiya” mövzusunda panel müzakirəsi keçirilir.
“İki sahil” xəbər verir ki, panelə moderatorluğu ANAMA İctimai Şurasının sədr müavini Emil Həsənov edir.
Panel iştirakçıları arasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, Ukraynanın Ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets, Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar Minalardan Təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli), "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut yer alır.