31 may 2024 13:09
324

Yerüstü minalar dayanıqlı inkişafa maneədir- BQXK nümayəndəsi

Yerüstü minalar Qarabağ regionunun dayanıqlı inkişafına maneə yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi Erik Tollefsen bildirib.

O qeyd edib ki, Qarabağa dünənki səfəri zamanı Azərbaycan hökumətinin BMT İnkişaf Proqramının dəstəyi ilə bu problemlə necə mübarizə aparmasını görməsi onda dərin təəssürat yaradıb.