31 may 2024 13:35
356

Astarada torpaq sürüşməsi səbəbindən yaşayış evləri təhlükə ilə üz-üzədir

Astarada torpaq sürüşməsi olub, yaşayış evləri təhlükə ilə üz-üzə qalıb.

“İki sahil” xəbər verir ki, təbii fəlakət rayonun Şiyəkəran kəndindəki "Məscid məhəllə" deyilən ərazidə baş verib.

Belə ki, torpaq sürüşməsi nəticəsində bir neçə ev təhlükəli vəziyyətlə üzləşib. Buna səbəb son zamanlar cənub bölgəsində aramsız yağan yağışların sürüşmə zolaqlarını aktivləşdirməsi olub. Həmin evlər də çay kənarında yerləşir və sel suları həyətyanı sahələrin qarşısında qoruyucu zolaq məqsədilə bir neçə cərgədə əkilmiş ağacları da torpaq qatı ilə birlikdə yuyub aparıb.

Astara Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin və digər qurumların nümayəndələri əraziyə baxış keçiriblər:

“Şəkillər çəkilib, koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, həmin ərazidə 650 paqonmetr sahil-mühafizə bəndlərinin tikintisi planlaşdırılır.