31 may 2024 22:03
375

Goranboyun DYP rəisi vəzifəsindən azad edilib

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.

“İki sahil” xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Səbuhi Əmiraslanov tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, S. Əmiraslanov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu.