31 may 2024 22:26
385

Gənc oğlanı ildırım vurub

Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 24 yaşlı O.Qulieyvi ildırım vurub. O, ağır halda təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.