01 iyun 2024 10:18
503

Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

“İki sahil” xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb:

"Əziz uşaqlar,
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Sizin sağlam və firavan mühitdə böyüməyinizi təmin etmək bizim vəzifəmiz və xoş amalımızdır. Hamınıza yüksək əhvali-ruhiyyə, bol sevinc və uğurlar diləyirik. Bayramınız mübarək!"