01 iyun 2024 11:27
326

Çıxışına qadağa qoyulan 419 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Bu ilin mayında ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.