01 iyun 2024 12:06
358

İtkin düşən Şəmkir və Gədəbəy sakinləri tapılıb

Şəmkir və Gədəbəy rayonlarında itkin düşən şəxslər tapılıb.

“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri müvafiq tədbirlər nəticəsində may ayının müxtəlif vaxtlarında itkin düşən Şəmkir rayon sakini K. Kərimov və Gədəbəy rayon sakini E. İbrahimov tapılıb.

Onlar ailələrinə təhvil verilib.