01 iyun 2024 20:45
362

İsmayıllıda avtoqəza can aldı

İsmayıllıda minik avtomobili yük maşınına çırpılıb, ölən və xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Dəmirov Nurlan Azər oğlu və 1989-cu il təvəllüdlü Abbasov Müşfiq Rza oğlu isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.