01 iyun 2024 23:35
370

Qardaşlar avtoqəzada xəsarət alıblar

Salyanda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“İki sahil” xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Qarabağlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində rayonun Qarabağlı kənd sakinləri – 1980-cı il təvəllüdlü Əliyev Vüsal Karlen oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Əliyev Taleh Karlen oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qardaşlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.