02 iyun 2024 01:58
308

18 yaşlı piyadanı avtomobil vurub 

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məmmədov Tunar Fariz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.