02 iyun 2024 14:07
308

Şəkidə mikroavtobusla minik maşını toqquşub

Şəkidə yol qəzası olub.

“İki sahil” xəbər verir ki, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.