02 iyun 2024 20:02
399

Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi bərpa edilib

Küləkli hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu yolda sürət

həddi endirilib

“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bütün məlumat sürət tablolarından “güclü külək” işarəsi də götürülüb.