03 iyun 2024 10:09
311

Goranboyda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Goranboyda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, millət vəkili Anar Məmmədov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivi, valideynlər iştirak edib.

İcra başçşısı və millət vəkili uşaqları təbrik etdilər, onlara göstərilən diqqət və qayğıdan danışdılar. Ümummilli Liderimiz Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.

Uşaqları təbrik edən icra başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov onlara uğurlar dilədilər. Tədbirdə, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirildi.