03 iyun 2024 11:42
186

26 min manatı dələduzluqla almaqda şübhəli bilinən qadın saxlanılıb

Dələduzluqda şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsi aldadaraq hesabına 150 manat pul ödətdirməkdə şübhəli bilinən Rəşad Adışov müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.