03 iyun 2024 14:35
444

Belə nikahların böyük hissəsi uğursuz olur - Komitə sədri

Bir çoxu ölkəni tərk etməmək üçün çıxış yolu kimi Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçir. Bu da bir çox problemlərin yaranmasına gətirib çıxarır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsində deyib.

O qeyd edib ki, dəfələrlə şahidi oluruq ki, belə nikahların böyük hissəsi uğursuz olur, ailə üzvlərinin, xüsusilə də qadın və uşaqların hüquqları pozulur.

“Bir çox hallarda onları müdafiə etmək çətin olur. eyni zamanda bu hal ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə də mənfi təsir göstərir”, - H.Hüseynova əlavə edib.