03 iyun 2024 15:38
333

Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Mədəniyyə naziri Adil Kərimlinin İmişlidə keçiriləcək vətəndaş qəbululnun tarixi bəlli olub.

Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən cari ilin aprel ayında nəzərdə tutulmuş Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu 2024-cü il 7 iyun tarixində saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) keçiriləcək.