Bakı Dövlət Universitetində Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin yaradılmasından sonra ali təhsil ocağı gəlir əldə etməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda deyib.
O qeyd edib ki, BDU artıq kifayət qədər investisiya cəlb etmiş ali təhsil müəssisəsidir:
"Biz indi böyük strukturlarla, şirkətlərlə əməkdaşlıq edirik. Hesab edirəm ki, tələbələrimiz üçün əlverişli mühit yaratmalıyıq.
Biz sahibkarlıq, startaplar, investisiya qəbulu ilə bağlı öz təcrübələrimizi digər ölkələrlə paylaşa bilərik".
TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib