Qəbələdə 20 gün əvvəl itkin düşən kişi Bakıda tapılıb.
“İki sahil” xəbər verir ki, 30 yaşlı Elmin Firidun oğlu Hümbətov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan faktı "Report"un yerli bürosuna təsdiq ediblər.
Qeyd edək ki, Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Elmin Firidun oğlu Hümbətov mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib