Milli Məclisin deputatı Müşfiq Məmmədli 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin seçiciləri ilə qəbul keçirib.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının binasında keçirilən qəbula gələn vətəndaşlar müxtəlif mövzularda məşğulluq, sağlamlıq, təhsil, kommunal ilə bağlı müraciətlər ediblər. Bir neçə məsələ yerindəcə həllini tapıb. Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün müvafiq addımlar atılması üçün qeydiyyata alınıb.