04 iyun 2024 08:06
310

Nəsimi rayonunda avtomobillər toqquşub

Bakının Nəsimi rayonunda 32 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“İki sahil” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Zeynalov Rüstəm Bahadur oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.