Üç nəfərin 47 700 manat pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda üç nəfərin 47700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib