Avropa energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.
“İki sahil” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power” açılış mərasimində bildirib.
Kristina Lobillo Borrero Avropa İttifaqının Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu vurğulayıb.