Hazırda Türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya prosesi getdikcə daha da möhkəmlənir. Türk dövlətləri arasında bu yaxınlaşma və möhkəmlənmə sağlam hüquqi təməl üzərində aparılmalıdır. Bu baxımdan ölkələrimizin hüquq müəssisələrinin üzərinə önəmli vəzifələr düşür.
“İki sahil” xəbər verir ki, bunu Türk Akademiyasının prezidenti Şahin Mustafayev “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Ş.Mustafayev qeyd edib ki, “Türk Dünyası 2040” vizyonu adlı strateji sənəd Türk dövlətlərinin inkişafı və inteqrasiya səyləri üçün uzunmüddətli perspektiv vəd edir və bu sahədə müvafiq hüquq bazalarının uyğunlaşdırılmasını şərtləndirir.
Onun sözlərinə görə, Türk Ədliyyə Təlim Şəbəkəsi Türk dövlətləri arasında hüquqi fəaliyyətləri inkişaf etdirmək və hüquq bazalarını bir-birinə uyğunlaşdırmaq üçün çox əhəmiyyətli platformadır. Eyni zamanda, Türk dövlətləri arasındakı əməkdaşlığın dərinləşdirilməsi və hüquq sistemlərinin uyğunlaşdırılması üçün möhkəm elmi əsas yaradılmalıdır.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib