04 iyun 2024 14:37
265

Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarovla vida mərasimi keçirilir

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib.

“İki sahil” xəbər verir ki, şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərə Çıldıran kəndində itkin düşüb.

R.Cabbarov Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunacaq. (Report)