Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
"İki sahil" FHN-ə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 33 m² olan 2 otaqlı mənzilin mətbəxində əşyalar qismən yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib