04 iyun 2024 17:34
539

YAP Daşkəsən rayon təşkilatı yığıncaqlarını davam etdirir  FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı üzrə Qaraqollar, Çanaqçı, Əhmədli və Zinzahal ərazi partiya təşkilatlarında yığıncaq keçirilib. Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatı Aparatının məsul işçisi Sərdar Xıdırov iştirak edib.     

Çıxış edənlər Prezident, YAP-ın sədri İlham Əliyevin müdrik siyasəti nəticəsində suverenliyimizin bərqərar olunmasından, işğaldan azad edilmiş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinin aparılmasından, Qazaxın Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanıs Ayrım kəndlərinin geri qaytarılmasından geniş söhbət açıblar. Həmçinin natiqlər Qazaxın Yuxarı Əskipara, Barxudarlı, Sofulu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinində qısa zamanda geri qaytarılacağına əminliklərini bildiriblər.

Yekunda YAP sıralarına qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.

Cavid Əkbər, "İki sahil"