04 iyun 2024 17:59
539

DGK: Transxəzər Gömrük Tranzit Portalının fəaliyyəti ilə bağlı Çərçivə Sazişi imzalanmalıdır

Transxəzər Gömrük Tranzit Portalının fəaliyyəti ilə bağlı Çərçivə Sazişi imzalanmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Tranzit şöbəsinin inspektoru Ləman Xəlilova Bakıda keçirilən "Sürətli və təhlükəsiz logostikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzusunda panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, artıq Komitə sazişin layihəsini hazırlayıb, onu Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistana göndərib: "Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan portal Orta Dəhliz ölkələrinin gömrük orqanlarının elektron şəkildə təqdim etdiyi sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınma üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaq mexanizmidir. Bu portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadə edilməsinə imkan yaradacaq, gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət kəsb edir".