04 iyun 2024 18:10
649

Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edilib

Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlarının siyahısında dəyişiklik olunub.

“İki sahil” xəbər verir ki,  Prezident İlham Əliyev iyunun 4-də bununla bağlı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmana dəyişiklik edib.

Belə ki, Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti ləğv edilib. Bundan sonra qurumun səlahiyyətlərini nazirliyin özü icra edəcək.