05 iyun 2024 08:47
549

57 yaşlı qadını maşın vurub

Bakının Xətai rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Quliyeva Rəsmiyyə Novruz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.