05 iyun 2024 10:15
277

Pərviz Şahbazov: Azərbaycan CQD-nin genişləndirilməsini qarşıya məqsəd qoyub

Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsini qarşıya məqsəd qoyub.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün işə başlamış Bakı Enerji Forumunun I günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın CQD ilə illik 24,3 milyard kubmetr təbii qazn nəql etməsi artıq təsdiqini tapıb: “Bununla təkcə Avropaya nəql edilən təbii qazın həcmi 12 milyard kubmetrə qədər artıb. Azərbaycan öz tərəfdaşlarına qaz ötürülməsini üzərinə öhdəlik olaraq götürüb. Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında imzalanmış saziş bunun bir göstəricisidir, yəni Azrbaycanın qaz təchizatçısı və tranziti rolunu daha da gücləndirəcək”.