06 iyun 2024 14:08
368

Azərbaycanla Ermənistan arasında birbaşa dialoq yekun sülh sazişinin əldə olunmasınıda açar rolunu oynayır

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın ən yaxşı yollarını müzakirə etmək üçün Yerevan və Bakıda səfərdə olub.

“İki sahil” xəbər verir ki,  bu barədə AZƏRTAC-ın ABŞ bürosunun səfərin yekunları ilə bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

“Bununla belə, biz Ermənistan və Azərbaycanla davamlı olaraq işləyirik, bu danışıqların asanlaşdırılmasına kömək edirik. Hesab edirik ki, birbaşa dialoq yekun sülh sazişinin əldə olunmasınıda açar rolunu oynayır. Baş verən son irəliləyişlər bizi ruhlandırır və biz bu dinamikanı qoruyub saxlamaq istəyirik”, - deyə açıqlamada qeyd olunub.

Bununla yanaşı, görüşlər qapalı keçdiyi üçün aparılan müzakirələrin detalları açıqlanmayıb.