06 iyun 2024 16:08
353

Şimali Kiprin Məclis sədri: Türk dünyası zəncir kimi bağlanmalıdır

Türk dövlətləri çərçivəsində parlamentlərarası əlaqələr inkişaf etdirilməlidir.

“İki sahil” xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü iclasında deyib.

Onun sözlərinə görə, türk dünyası arasında düşmənçilik salmaq istəyənlərə qarşı birləşməyin vacibliyini vurğulayıb:

“Türk dünyası zəncir kimi bağlanmalıdır. Bizi bir-birimizə qarşı düşmənə çevirmək istəyənlər olacaq, lakin biz onlara qarşı mübarizə aparacağıq. Yolumuza davam etməliyik”.

O vurğulayıb ki, bu gün Qəzzada baş verənlər bütün dünyaya nümunə olmalıdır:

“Türk dövlətləri olaraq bir-birimizə daha çox birləşməliyik. Düşünməliyik və düşüncələrimizi layihəyə çevirərək tətbiq etmə mərhələsinə qoymalıyıq”.

ŞKTM sədri digər türk dövlətləri ilə dostluq qruplarının yaradılmasını səbirsizliklə gözlədiyini deyib:

“Azərbaycan artıq bunu etdi. Digələrini də səbirsizliklə gözləyirik”.