Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivlərinə həsr olunmuş sessiya işə başlayıb.
“İki sahil” xəbər verir ki, sessiyada Azərbaycandan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktoru Yusif Abdullayev və Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edəcəklər.
Sessiyada Rusiya tərəfini Rusiya Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin təmsil edir.