06 iyun 2024 19:05
433

Qaluzin: Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal iştirakçılarıdır

Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal, faydalı və təşəbbüskar iştirakçılarıdır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O qeyd edib ki, məhz bu format regiona daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin gətirilməsini vəd edir:

“3+3” regional platformasında Azərbaycan, Ermənistan, Rusiya, İran, Türkiyə iştirak edir. Gürcüstana isə qarşılıqlı fəaliyyət üçün qapı həmişə açıqdır”.