İyunun 7-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti sabit, əsasən yağmursuz keçib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.