11 sentyabr 2026 12:07
153

“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb

Metro xətlərinin ayrılması layihəsi ilə əlaqədar təşkil edilən M4 və M6 nömrəli ekspres avtobusların“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə rahat və maneəsiz daxil olmasını təmin etmək məqsədilə metronun şimal çıxışında – “Atletlər kəndi”istiqamətində dəyişik edilib. 

İndiyədək ərazidə mövcud olan “cib” tipli dayanacaqlardan biri müntəzəm avtobusların, digər ikisi isə minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün istifadə olunurdu. 

Hazırda ekspres avtobusların “Koroğlu” metrostansiyasının qarşısında rahat hərəkətinin təmin edilməsi məqsədilə 2-ci “cib” yalnız ekspresmarşrutları üçün ayrılıb və həmin hissədə avtobus zolağı təşkil edilib. Ərazidə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib. 

Həyata keçirilən dəyişiklik nəticəsində vahid ərazidən istifadə edən ekspres və müntəzəm avtobusların nizamlı fəaliyyəti və sərnişin axınlarının ayrılması təmin edilib. 

Sərnişinlərin metro stansiyasına təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə piyada keçidi təşkil edilib.