Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq təhvil verilib.
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
MSİM süni intellekt savadlılığı təşəbbüsü çərçivəsində Elm və Təhsil Nazirliyində davamlı təlimlərə başlayıb FOTOLAR
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev