07 iyun 2024 11:07
348

Bakı Slavyan Universiteti ilə Təhsil Tələbə Krediti Fondu arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

Bakı Slavyan Universiteti (BSU) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu (TTKF) arasında Anlaşma Memorandumu imzalanıb

İyunun 6-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Araz Paşayev arasında Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, Memoranduma əsasən, universitetdə təhsil alan tələbələr kredit imkanları ilə yanaşı, Təhsil Tələbə Krediti Fondu tərəfindən yaradılan müxtəlif imkanlardan yararlana biləcəklər.

Qeyd edək ki, imzalanan sənədin məqsədi qarşılıqlı anlaşma əsasında tələbələrin işlə təmin olunması, birgə tədbirlərin təşkili, təhsil alanların bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası sahələrində əməkdaşlıqdan ibarətdir.