07 iyun 2024 12:15
389

Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Şirinovun qalıqları dəfn edilib

Birinci Qarabağ müharibəsində şəhid olan, 31 il sonra dəfn yeri və kimliyi müəyyən olunan Şirinov Nazim Şirin oğlunun qalıqları ailəsinə təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu gün şəhdilə vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Abşeron rayonu Mehdiabad qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Şirinov Nazim Şirin oğlu Birinci Qarabağ müharibəsində iştirak edib. 1993-cü ildə Füzuli rayonu istiqamətində itkin düşüb.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.