07 iyun 2024 12:52
454

Spiker deputatlara irad bildirib, onları büdcə müzakirələrinə ciddi yanaşmağa çağırıb

“Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Sahibə Qafarova deputatlara irad tutub, onları qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb: “Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın”.