Peşəkar mühasib sertifikatının verilməsinə görə imtahan ödənişli olacaq.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İmtahanda iştirak ödənişlidir. İmtahanda iştirak etmək üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
MSİM süni intellekt savadlılığı təşəbbüsü çərçivəsində Elm və Təhsil Nazirliyində davamlı təlimlərə başlayıb FOTOLAR
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev