Bizim əsas problemimiz odur ki, qadınlarla bağlı məsələləri elə qadınlarla müzakirə edirik. Lakin əksinə olmalıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.
Onun sözlərinə görə, beynəlxalq tədbirlərdə həmişə sual verilir ki, Azərbaycanda niyə dövlət rəhbərliyində qadınların sayı azdır: "Biz həmin suala belə cavab verirdik ki, Azərbaycan müharibə çətinlikləri çəkib, torpaqları işğal olunub, bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Həmin köçkünlərin yarıdan çoxu qadınlardır. Bundan əlavə, müharibə nəticəsində Azərbaycanda qadınların əksəriyyəti ailə başçısını itirmişdi. Buna baxmayaraq, münaqişə dövründə Azərbaycan qadınının özünü inkişaf etdirmək, bütün sahələrdə təmsil olunmaq imkanı oldu. Artıq Azərbaycan siyasətində qadınlar aktivdir, inkişaf edirlər".
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
MSİM süni intellekt savadlılığı təşəbbüsü çərçivəsində Elm və Təhsil Nazirliyində davamlı təlimlərə başlayıb FOTOLAR
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev