Azərbaycandakı qaçqın və məcburi köçkünlərin yarısı qadınlardır.
“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masada söyləyib.
O deyib: "Azərbaycanın tarixinə baxsaq görərik ki, 1918-ci ildə qadınlara seçmək və seçilmək hüquqi verilib. Onlar müxtəlif vəzifələrdə çalışıblar. Hətta 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlamışdı”.
Qadınların inkişafı üçün təkcə xarici dil biliyinin yox, həmçinin araşdırma bacarığının və dünyagörüşünün önəmli olduğunu deyən H.Hüseynova bildirib ki, bu gün xanımlar beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil edirlər.
Maqdalena Qrono: Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır
MSİM süni intellekt savadlılığı təşəbbüsü çərçivəsində Elm və Təhsil Nazirliyində davamlı təlimlərə başlayıb FOTOLAR
Zəif şagirdlərin məktəbdən uzaqlaşdırılması problemi həll etmir - Emin Əmrullayev