08 iyun 2024 12:19
415

Sabunçu Tibb Mərkəzində gündəlik 50-60 xəstənin kompüter tomoqrafiya müayinəsi aparılacaq

Bu gün Sabunçu Tibb Mərkəzində yeni avadanlıqlarla təchiz edilmiş Radiologiya şöbəsi fəaliyyətə başlayır. Yeni Radiologiya şöbəsində 1,5 Tesla MRT cihazı, 64 kəsikli Kompüter Tomoqrafiya (KT) cihazı və exo kardioqrafiya ( EXQ) və ultrasəs müayinəsi həyata keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

V.Qurbanov bildirib ki, gün ərzində pasiyentlərin ən çox ehtiyac duyduğu xidmətlərdən biri maqnit rezonans və kompüter tomoqrafiyaları müayinələridir. Sabunçu Tibb Mərkəzində gündəlik minimum 50-60 xəstənin kompüter tomoqrafiya müayinəsi, minimum 30-40 xəstənin isə MRT müayinəsinin aparılması nəzərdə tutulur.