08 iyun 2024 12:33
324

BMT-nin rezident əlaqələndiricisi Azərbaycanı ECOSOC-a üzv seçilməsi münasibətilə təbrik edib

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Azərbaycanı növbəti dəfə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi münasibətilə təbrik edirəm. Bu vəzifədə böyük uğurlar arzulayıram”, - V.Andreyeva qeyd edib.