Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində partlamamış 2 ədəd mərmi aşkar olunub.
“İki sahil” xəbər verir ki, təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Kəngərli rayonu Çalxanqala kənd ərazisində aşkar olunan 2 ədəd 122 mm-lik top mərmisi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlılarının istehkam qrupunun hərbi qulluqçuları tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib