Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunub, yeni rəis təyin edilib.
“İki sahil” NUHÇIXAN-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Sanitar-Təmizlik İdarəsinin rəisi Arzu Qurbanov vəzifəsindən azad olunub.
Ramin Talıbov Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinin rəisi təyin edilib.
Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib